Polis xəbərdarlıq etdi: Ağır qəzalar ola bilər

Oxunma sayı: 33
5 Sentyabr 2019, 13:50
Polis xəbərdarlıq etdi:     Ağır qəzalar ola bilər

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

DİN Baş Dövlət Yol Polisi İdarəsi gözlənilən yağışlı hava şəraiti ilə bağlı sürücülərə və piyadalara müraciət edib. İdarədən verilən açıqlamada bildirilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların yağmurlu keçəcəyinə dair xəbərdarlıq edib, sürücülər və piyadalar bunu nəzərə almalıdır. "Artıq respublikanın bir sıra bölgəsində yağmurlu hava müşahidə olunur. Bunu nəzərə alaraq, sürücülərin diqqətinə çatdırırıq ki, yağışlı havada sürət rejiminə ciddi əməl etsinlər. Çünki yay aylarından asfalt üzərində yığılıb qalan toz qatı yağış sularının təsiri altında yapışqan və sürüşkən təbəqəyə çevrilir ki, bu da sürətli hərəkət zamanı nəqliyyat vasitəsinin sürüşməsinə, əyləc məsafəsinin uzanmasına gətirib çıxarır", - deyə xəbərdarlıqda qeyd olunur. Yol polisi piyadaların da diqqətinə çatdırır ki, yağmurlu hava şəraitində yolun hərəkət hissəsinə qəflətən çıxmasınlar: "Bu, ağır qəzalara səbəb ola bilər".
Paylaş
Çox oxunanlar