Nişanlı idi, toyu olacaqdı, şəhidlik zirvəsinə ucaldı - VİDEO

Oxunma sayı: 605
Siyasət       13 Yanvar 2021, 13:23
Nişanlı idi, toyu olacaqdı, şəhidlik zirvəsinə ucaldı      - VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

"Bu yolda şəhid olmağa hazıram, siz də hazır olun!" bunu hərbi xidməti dövründə valideynlərinə Saleh Məcidzadə deyib. O, vətən müharibəsinin ilk günündən döyüşlərə yollanıb və şücaətləri ilə seçilib. Cəbrayıl istiqamətində gedən döyüşlərdə də qəhrəmancasına şəhid olub.

 

Azmedia.Az xezerxeber.az-a istinadən bildirir ki, nişanlı idi, toya hazırlaşırdı. Üçrəngli bayrağa bürünməyi bəy kostyumundan üstün tutdu.

Biləsuvardan olan şəhid Saleh Məcidzadə də Vətən Müharibəsində şücaəti ilə seçilənlərdəndir. O, 2016-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin sıralarına qatılıb. Aprel döyüşlərində və Tovuzda düşmən diversiya qruplarının məhv edilməsində xüsusi məharət göstərib və təltif edilib. Saleh sentyabrın 26-da valideynlərinə zəng edərək evə gələcəyini bildirib. Lakin səhəri günü evə yox, döyüş meydanına yollanıb.

Çətin tapşırıqların öhdəsindən bacarıqla gələn Saleh Məcidzadə oktyabrın 10-da Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub. Yaxınlarının sözlərinə görə, Saleh çox qapalı insane olub və işi haqqında çox danışmayıb. Lakin həmişə hərbidən və müharibədən söhbət düşəndə "Bu yolda şəhid olmağa hazıram, siz də hazır olun"- deyib.

Saleh Məcidzadə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən Uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar