Şəhid ailəsini aldadaraq 10 minlik sosial sığortanı mənimsədi

Oxunma sayı: 602
Hadisə       13 Yanvar 2021, 15:16
Şəhid ailəsini aldadaraq       10 minlik sosial sığortanı mənimsədi

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Tovuzda şəhid ailəsinə qarşı dələduzluq edən şəxs saxlanılıb.

 

DİN Mətbuat Xidmətindən Azmedia.Az-a verilən məlumata görə, Tovuz rayonunda vətəndaşların etimadından sui-istifadə etməklə dələduzluq yolu ilə onu işə düzəltmək adı altında aldadan və maddi vəsaitini ələ keçirən şəxs saxlanılıb.

 

Tovuz RPŞ əməkdaşlarının rayon sakinindən daxil olan  müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən, Tovuz rayon Yuxarı Öysüzlü kənd sakini, 45 yaşlı Mahal Qurbanov saxlanılıb.

 

Araşdırma zamanı müəyyən edilib ki, M. Qurbanov ötən ilin fevral ayında həmkəndilisini işlə təmin edəcəyinə söz verərək onu dələduzluq yolu ilə aldadaraq həmin şəxsdən 2400 manat pul alıb.

 

Bundan başqa saxlanılan şəxs 2020-ci ilin may ayında Vətənin müdafiəsi uğrunda  şəhid olmuş hərbi qulluqçunun ailəsi ilə əlaqə saxlayıb, onun valideynlərindən şəhidin sosial sığortası üçün ayrılmış vəsaiti nağdlaşdırmaq üçün 10.000 manat pul tələb edildiyini bildirib və beləliklə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib.

 

Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa “102” Zəng Mərkəzinə, Tovuz Rayon Polis Şöbəsinə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar