Əli Həsənovun ailəsinə aid 6 şirkət ləğv olunur

Oxunma sayı: 586
Ölkə       13 Yanvar 2021, 15:22
Əli Həsənovun ailəsinə aid     6 şirkət ləğv olunur

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun ailəsinə məxsus “Bakı 24”, “Kaspi AZ”, “Mətbuat Evi”, “Golden Prince”, “Global Advertisment” MMC-lər, eləcə də “Kaspi Co” MTK ləğv olunduğunu elan edib.

 

Azmedia.Az xəbər verir ki, bu barədə "Report" məlumat yayıb.

 

Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini şirkətlərin dövlət qeydiyyatına alındığı Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, 1 ünvanına bildirə bilərlər.

 

Xatırladaq ki, adları çəkilən kommersiya qurumlarına əsasən, Ə.Həsənovun həyat yoldaşı Sona Vəliyeva, oğlu Şamxal Həsənli və yaxın qohumu Azər Vəliyev rəhbərlik edir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar