Vətən müharibəsinin 24 yaşlı şəhidi Nadir Muradovun döyüş yolu - FOTO

Oxunma sayı: 566
Siyasət       13 Yanvar 2021, 16:39
Vətən müharibəsinin 24 yaşlı şəhidi Nadir Muradovun döyüş yolu        - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

44 günlük İkinci Qarabağ müharibəsində şəhid olan əsgərlərimizdən biri də 24 yaşlı Muradov Nadir Əhməd oğludur.

 

Əslən Göygöl rayonundan olan Nadir Muradov müharibənin ilk günlərindən ön cəbhəyə yollanan qəhrəmanlardan olub.

Şəhidin qardaşı Əbil Muradov Oxu.Az-ın əməkdaşı ilə söhbət zamanı bildirib ki, qardaşı ilə sonuncu dəfə elə sentyabr ayında danışıblar:

“Müharibə başlayanda qardaşım mənə dedi ki, döyüşə gedir. Təkcə Murov dağı istiqamətinə hərəkət edən dəstələrin içərisində olduğunu bildim. Kəlbəcərin işğaldan azad olunması uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. Biz müharibə dövründə qardaşımla əlaqə saxlaya bilmədik”.

İlk olaraq itkin olduğu deyilən çavuş Nadir Muradovun şəhid olması xəbərini ailəsinə komandirləri və əsgər yoldaşları veriblər:

“Biz onu itkin bilirdik, axtarırdıq. Amma siyahıda adı yox idi. Sonradan bildik ki, minaya düşərək şəhid olub. Atamı çağırdılar və qardaşımın nəşinin təyin edilməsi üçün DNT testi verdik. Ötən gün qardaşımı Göygöl rayon Şəhidlər Xiyabanında torpağa tapşırdıq”.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar