Salyanda karantini pozan kafe sahibi və müştəriləri saxlanıldı - FOTO/VİDEO

Oxunma sayı: 573
Hadisə       13 Yanvar 2021, 16:58
Salyanda karantini pozan kafe sahibi və müştəriləri saxlanıldı      - FOTO/VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları inzibati ərazidə xidmət aparan zaman rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən "Şahmar" kafesini aşkarlayıblar.

 

DİN Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, obyektin fəaliyyəti dərhal polislər tərəfindən dayandırılıb.

Ora baxış zamanı kafenin sahibi və daha 8 müştəri saxlanılaraq polis şöbəsinə gətirilib. Müştərilər və obyekt sahibi barəsində inzibati qaydada tədbirlər görülərək hər biri cərimə ediliblər.

Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və onların diqqətinə karantin qaydalarına əməl etməyin vacibliyi bir daha çatdırılıb.

 

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar