Bakıda kafedə 17 nəfər karantin qaydalarını pozdu - FOTO/VİDEO

Oxunma sayı: 601
Cəmiyyət       14 Yanvar 2021, 12:50
Bakıda kafedə 17 nəfər karantin qaydalarını pozdu       - FOTO/VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları xidmət zamanı Bakıxanov qəsəbəsində müştərilərə yerində xidmət göstərən və karantin rejiminə əməl etməyən “Nataktari” kafesini aşkarlayıblar.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, obyektin fəaliyyəti dərhal polislər tərəfindən dayandırılıb. Ora baxış zamanı kafenin icarədarı Ayaz Səlimov və daha 16 müştəri saxlanılaraq 13-cü Polis Bölməsinə gətirilib. Müştərilər və obyektin icarədarı barəsində inzibati qaydada tədbirlər görülərək hər biri cərimə edilib. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və bir daha onların diqqətinə karantin qaydalarına əməl etməyin vacibliyi çatdırılıb.

 

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar