Hər kəs qəhrəman zabitimiz Elsevər Şirəlizadədən danışır - VİDEO

Oxunma sayı: 611
Siyasət       14 Yanvar 2021, 13:51
Hər kəs qəhrəman zabitimiz Elsevər Şirəlizadədən danışır     - VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bədənindən qəlpə yaraları alan qəhrəman zabitimiz Elsevər Şirəlizadə Füzuli uğrunda gedən döyüşlərdə yaralanıb. O, yaralı əsgərini döyüş zonasından çıxararkən yanında mərmi partlayıb. Hazırda Şəkinin Baş Zəyzid kəndində olan yaralı zabiti kənd sakinləri tək qoymur.

 

Azmedia.Az xezerxeber.az-a istinadən bildirir ki, vətən müharibəsində iştirak edən qəhrəman döyüşçülərdən biri də Elsevər Şirəlizadədir.

O, 1994-cü ildə Şəkinin Baş Zəyzid kəndində anadan olub. Sırf torpaqlarımızı azad etmək üçün hərbçi olub. 2016-cı ildə hərbi akademiyanı bitirərək peşəkar zabit kimi orduda xidmətə başlayıb. Son döyüşlərdə də həmişə ön sıralarda döyüşən zabit Füzuli uğrunda gedən döyüşlərdən birində yaralı döyüş yoldaşını ölümdən qurtarmaq istədikdə ona qəfil düşmən minaatanının mərmisinin qəlpəsi dəyib.

Ona müalicə alarkən çox hərəkət etməməsi tövsiyə olunub. Lakin qələbə xəbərini eşidəndə isə özünü saxlaya bilməyib.

Elsevər Şirəlizadə deyir ki, bədənindən bir neçə qəlpə çıxarılsa da, hələ 2-si qalıb.

Bu gün kənd sakinləri Elsevərin yanına toplaşır, tez sağalması üçün ona mənəvi dəstək olurlar.

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar