Karantin rejimi yumşaldılacaq? - AÇIQLAMA (VİDEO)

Oxunma sayı: 730
Cəmiyyət       14 Yanvar 2021, 13:57
Karantin rejimi yumşaldılacaq?     - AÇIQLAMA (VİDEO)

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Ötən ay ölkədə gün ərzində 5000-ə yaxın yoluxma qeydə alınırdı. İndi isə həm yoluxma kəskin azalıb, həm də ölüm halları aşağı düşüb. Millət vəkilləri hesab edirlər ki, yoluxma azaldığı üçün sərtləşdirilmiş karantin rejmi yumşaldıla bilər. Məlahət İbrahimqızı bildirib ki, yaxın dövrdə virus əleyhinə kütləvi peyvəndləmənin həyata keçiriləcəyini nəzərə alsaq məhdudiyyətlərin aradan qaldırılacağı ehtimalları yüksəlir.

 

Azmedia.Az xezerxeber.az-a istinadən bildirir ki, dekabr ayında ölkəmizdə koronavirusa yoluxanların sayı pik həddə çatmışdı. İndi isə həm yoluxma, həm də ölüm sayında ciddi azalmalar müşahidə edilir. Millət vəkili Məlahət İbrahimqızı hesab edir ki, ötən ay gündəlik 5000-ə yaxın olan yoluxmanın təxminən 9-10 dəfə azalaraq 3 rəqəmli saya düşməsi sərtləşdirilmiş karantin rejminin 18 yanvar tarixindən yumşaldıla biləcəyindən xəbər verir.

Millət vəkili deyir ki, ölkəmizdə koronavirusa qarşı peyvəndləmə yaxın vaxtlarda start götürəcək. Çünki Çindən alınmış peyvənd materialları artıq gətirilib. Vaksinasiya prosesinə ilk növbədə əhalinin həssas qrupundan başlanacaq.

Millət vəkili hesab edir ki, kütləvi peyvəndləmədən sonra yaxın aylar ərzində ölkədə həyat normala dönə bilər.

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar