Keçmiş arvadını küçənin ortasında vəhşicəsinə döyən İbrahim elə şeylər danışdı ki..: "Əks halda...." - VİDEO

Oxunma sayı: 731
Hadisə       7 Mart 2021, 20:45
Keçmiş arvadını küçənin ortasında vəhşicəsinə döyən İbrahim elə şeylər danışdı ki..:     "Əks halda...." - VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Samsunda  İbrahim Zarapın keçmiş həyat yoldaşını, küçənin ortasında qızlarının gözləri qarşısında vurduğu görüntülər bütün Türkiyəni ayağa qaldırıb. Təqsirləndirilən şəxs prokurorluğa verdiyi ifadəsində "Videodakı şəxs olduğuma inana bilmədim. Özümdə deyildim, əks halda belə etməzdim" deyib. 


Azmedia.Az Türkiyə KİV-lərinə istinadən bildirir ki, 3 il əvvəl keçmiş həyat yoldaşına E.M (24) küçənin ortasında hücum edib.


O, həyat yoldaşını 5 yaşlı uşaqların gözü qarşısında döyüb.


"Görüntüləri izlədim, özümü tanıya bilmədim, o şəxsin mən olduğuma inana bilmədim. Övladımla biraz vaxt keçirtdikdən sonra özüm də spirtli içki içdim. Mən spirtli içki qəbul edərkən uşağım yanımda deyildi. Uşağı saat 21:00-da gətirmək üçün razılaşdıq. Arvadım məni görəndə "uşağı sənə bir daha göstərməyəcəm. Əvvəllər də belə hədələyirdi.

Huşumu itirdim. Nə olduğunu xatırlamıram. Həyat yoldaşım son dəfə yerdə idi. Uşağımı götürüb gedirdim. İnsanlar mənə hücum etdilər. Çox peşmanam. Ağlım yox idi, əks halda bunu etməzdim. Xüsusilə övladımın qarşısında bunu etməzdim.

Görüntülərə baxdım, orada özümü tanıya bilmədim, hələ də o şəxsin mən olduğuma inana bilmədim", - deyə o danışdı.
Qadın isə keçmiş ərinin həbsdə qalmasını istəyib: "Daha əvvəl ondan şikayət etmişdim, onsuz da boşanmışıq. Heç vaxt çölə çıxmasını istəmirəm, həmişə həbsdə qalsın".//mediabaku.az

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar