Tesla süni zəka startapını aldı

Oxunma sayı: 41
5 Oktyabr 2019, 14:45
Tesla süni zəka startapını aldı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Tesla şirkəti avtonom idarəetmə sahəsindəki tədqiqatlarını davam edir. Bu yolda şirkət DeepScale adlı startapı alıb. Bu startap nəqliyyat növləri üçün computer vision sistemlərinin hazırlanması sahəsində fəaliyyət göstərir. Gözləntilərə əsasən bu startap Tesla şirkətinin avtopilot sistemli elektromobillərini yeni səviyyəyə qaldıracaq. Bu barədə Techcrunch saytı xəbər verib. DeepScale startapının təsisçilərindən biri olan Forrest Iandola öz Twitter hesabında qeyd edib ki, o, Tesla Autopilot komandasına qoşulur.

 

Azmedia.Az technote.az-a istinadən bildirir ki, DeepScale isə öz növbəsində baha olmayan sensor və prosessorlara sahib neyroşəbəkədən effektiv istifadə üsulunu hazırlayıb. Qeyd etmək lazımdır ki, hal hazırda şirkətin istehsal etdiyi avtomobillər SAE (Society of Automotive Engineers) assosiasiyasının avtopilot klassifikasiyasının ikinci səviyyəsinə aid edilir. 4-cü səviyyə isə avtomobildən sükan və pedallar olmadan pilotsuz lokal taksi kimi istifadə etməyi əks etdirir.

 

Hələ bu ilin əvvəlində Elon Musk bildirmişdi ki, o, 2020-ci ilə kimi irimiqyaslı pilotsuz taksi şəbəkəsini yaradacaq. Onun sözlərinə əsasən hal hazırda olan Tesla elektromobilləri tam avtonom şəkildə idarəetmə üçün bütün imkanlara sahibdirlər. Bununla yanaşı şirkət öz elektromobil modellərinə faydalı funksiyaları əlavə etməyə davam edir. Buna misal olaraq Smart Summon texnologiyasını gətirmək olar. Onun vasitəsilə istifadəçi öz Tesla modelini dayanacaq yerindən avtopilot sayəsində özünə çağıra bilər.

Paylaş
Xəbər lentİ
Çox oxunanlar