Aeroport yolunda zəncirvari qəza - ANBAAN VİDEO

Oxunma sayı: 76
5 Oktyabr 2019, 17:49
Aeroport yolunda zəncirvari qəza     - ANBAAN VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bakıda baş verən dəhşətli qəza yolda quraşdırılan təhlükəsizlik şəhər kamerasına qeyd olunub. 

 

Avtosfer.az xəbər verir ki, hava limanı istiqamətində yüksək sürətlə hərəkət edən sürücü ara məsafəsini düzgün seçmədiyi üçün yol nəqliyyat hadisəsi baş verib.

 

Video görüntüdən aydın şəkildə görünür ki, avtomobillər sürətli yolun sol hərəkət zolağında asta sürətlə hərəkət edib. Bu zaman yüksək sürətlə hərəkət edən avtomobil qarşıdakı maşına, ikinci nəqliyyat vasitəsi isə paralel zolaqda hərəkət edən digər avtomobilə çırpılıb.

 

Qeyd edək ki, qanunvericilikdə sol hərəkət zolağında lüzumsuz olaraq asta sürətlə hərəkət etməyin qadağan olduğu göstərilib.

Paylaş
Xəbər lentİ
Çox oxunanlar