Azərbaycanlı futbolçu Fransaya buraxılmadı - Hava limanından geri qaytarıldı

Oxunma sayı: 206
9 Oktyabr 2019, 13:00
Azərbaycanlı futbolçu Fransaya buraxılmadı     - Hava limanından geri qaytarıldı

Sizin reklam yeriniz

(+994 50) 721 55 55

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Tural Bayramlını Parisin Şarl De Qoll hava limanında sərhəd xidmətinin əməkdaşları Fransaya buraxmayıb.

 

Azmedia.Az AFFA-nın saytına istinadən xəbər verir ki, U-21-in heyətində Fransaya yollanan Bayramlı bu gün AFFA-nın köməkliyi ilə Azərbaycana geri göndəriləcək. 

 

Futbolçunun Fransa ərazisinə buraxılmamasının səbəbi barədə müvafiq orqanlar məlumat verməyib. AFFA və Fransa Futbol Federasiyası bununla bağlı araşdırma aparır.

 

"Keşlə"nin futbolçusu ötən mövsüm Latviya təmsilçisi "Dauqavpils"də çıxış edib.

Paylaş

Sizin reklam yeriniz

(+994 50) 721 55 55

Xəbər lentİ
Çox oxunanlar