Sevdiyiniz güllərin mənalarını bilirsinizmi? - Bunlara inanmayacaqsız...

Oxunma sayı: 74
11 Oktyabr 2019, 01:36
Sevdiyiniz güllərin mənalarını bilirsinizmi?     - Bunlara inanmayacaqsız...

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Təbiətdə hər şey gözəldir. İnsanın yaşadığı mühiti isə çiçəklər və güllər, onların ətri, rəngarəngliyi daha da gözəlləşdirir. Çiçək və güllər insana sevinc, fərəh, inam gətirir. Bunu hələ çox keçmişlərdən insanlar diqqət yetirmişlər, onlara rəmzi mənalar vermişlər.

 

Azmedia.az Buta.Ws-ə istinadən xəbər verir ki, Sədi Şirazi şeir yazarkən qarşısına təzə açılmış qızılgül qoyarmış. Hindlilər qızılgülü sevgi və gözəllik gülü adlandırıblar. İtaliyada və Finlandiyada ən yüksək mükafat ağ qızılgül sayılırdı.

 

Ədəbiyyatda 400 dən çox gülün və çiçəyin mənası verilmişdir. Bunlardan aşağıdakılar daha geniş yayılmışdır:

 

1. Qızılgül, qırmızı rəng - məhəbbət və həyat, razılıq almaq, təntənə, qələbə

 

2. Qərənfil - ehtiras

 

3. Su zanbağı - su pərisi

 

4. Astra - qəm-qüssə, xatirə

 

5. Sarı gül və sarı çiçək - ayrılıq

 

6. Qanqal - dəlicəsinə sevmək, sevgidə qorxu bilməmək

 

7. Limon yarpağı - sevdiyi qızın razılığını almaq

 

8. Mavi çiçək - suya, havaya oxşatma, sakitləşdirici əlamət

 

9. Çəhrayı çiçək - gənclik, gözəllik, hörmət, səmimilik əlaməti

 

10. İnci çiçəyi - səni sevirəm

 

11. Tam açılmış gül - ötən günləri xatırlamaq

 

12. Yarı açılmış gül və çiçək - yeni gün

 

13. Qönçə və tumurcuq - gələcəyə inam

 

14. Ağ rəngli çiçək - bitərəf, təmizlik, sağlıq, yorğunluğu aradan qaldırmaq, sakitləşdirmək əlaməti

 

15. Yaşıl rəngli çiçək - cəlbedici, yorğunluğu aradan qaldıran, sakitləşdirici əlamət

Paylaş
Çox oxunanlar