Bakıda özünü pis hiss edən sürücü qəza törətdi - FOTO

Oxunma sayı: 98
11 Oktyabr 2019, 13:35
Bakıda özünü pis hiss edən sürücü qəza törətdi     - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bakıda səhər saatlarında yol qəzası baş verib.

 

Azmedia.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Nobel prospektində qeydə alınıb.

 

Prospektlə şəhər istiqamətində hərəkətdə olan "Hyundai ix 35" markalı avtomobil idarəetməni itirərək qarşısında, eyni istiqamətdə hərəkətdə olan "Mercedes 190" markalı avtomobilə çırpılıb.

 

Hadisə nəticəsində prospektdə tıxac yaranıb.

 

Məlumata görə, "Hyundai ix 35" markalı avtomobilin sürücüsü özünü sükan arxasında pis hiss etdiyindən idarəetməni itirib və qarşıdakı avtomobilə çırpılıb.

 

Hadisə yerinə yol polisi əməkdaşları gəlib. Hazırda ərazidə tıxacın aradan qaldırılması istiqamətində işlər görülür.

Fotoları təqdim edirik
Paylaş
Xəbər lentİ
Çox oxunanlar