Bakıda tələbə qızı maşınla vurub öldürdülər - FOTO

Oxunma sayı: 104
11 Oktyabr 2019, 14:30
Bakıda tələbə qızı maşınla vurub öldürdülər     - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Oktyabrın 9-da saat 7 radələrində Abşeron rayonunun Müşfiq qəsəbəsi ərazisində piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.
 

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.
 

Bildirilir ki, Bakı şəhər sakini A.Ağayev idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Cəbrayıl rayon sakini Solmaz Abdullayevanı vurub.
 

Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.


Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
 

Qeyd edək ki, yol qəzası nəticəsində dünyasını dəyişən Solmaz Abdullayevanın yaxınları sosial şəbəkələrdə hadisənin polis tərəfindən törədildiyi barədə məlumat yayıblar.
 

Rauf Xankisiyev adlı “facebook” istifadəçisi profilində yazıb ki, qəzanı törədən sürücü Muşfiqabad qəsəbə Dövlət Yol Polis postunda çalışır. O, polis kapitanıdır və yolda təyin edilmiş sürəti aşıb.
 

DYP əməkdaşı şəxsi maşını ilə 60 yazılan yerdən 100-lə keçərkən Solmazı vurub. Qız 10 metir hündürlüyə firlanıb və başı üstə düşüb.
 

Solmaz Abdullayeva Azərbaycan Dövlət Pedaqoji Universitetində “Riyaziyat” fakultəsində təhsil alırdı.

Fotoları təqdim edirik
Paylaş
Xəbər lentİ
Çox oxunanlar