Hövsan qızlarına söz atan oğlanlardan biri YOXA ÇIXDI - VİDEO

Oxunma sayı: 39
11 Oktyabr 2019, 16:04
Hövsan qızlarına söz atan oğlanlardan biri     YOXA ÇIXDI - VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Hövsan qızlarına söz atan oğlanlardan biri yoxa çıxıb. 


Baku.ws xəbər verir ki, 2004-cü il təvəllüdlü Mehdixan Məmmədov Elşən oğlu sözügedən video sosial şəbəkələrdə yayıldıqdan bir neçə gün sonra - 11 avqustda itkin düşüb. 


Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan yeniyetmə səhər saatlarında evdən və bir daha geri qayıtmayıb. O, Suraxanı Polis İdarəsinin 30-cu polis bölməsində itkin kimi qeydə alınıb və axtarılır.


Oğlunun polis tərəfindən axtarışlarının nəticə vermədiyini görən M.Məmmədovun anası Aygün Qarayeva anası Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramından kömək istəyib.


Ana oğlunun sözügedən videoya görə kimlərsə tərəfindən cəzalandırıldığını ehtimal edir.


Xatırladaq ki, avqust ayında sosial şəbəkələrdə Hövsan qızlarına qarşı qeyri-etik ifadələr işlədən iki gəncin videosu yayılmışdı. Videoda insanları qəzəbləndirən ifadələri 27 yaşlı İlkin Məmmədli işlədir, o bu sözləri deyərkən Mehdixan Məmmədov sadəcə qımışır. Bundan qəzəblənən kənd sakinləri İlkini üzr istəməyə məcbur etmişdi. Lakin Mehdixan videoda heç bir söz demədiyi üçün üzr istəməsinə ehtiyac olmamışdı.  

Paylaş
Xəbər lentİ
Çox oxunanlar