Balıqçılıq təsərrüfatları qanuniləşdiriləcək

Oxunma sayı: 35
11 Oktyabr 2019, 21:24
Balıqçılıq təsərrüfatları qanuniləşdiriləcək

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Hazırda ölkədə olan 894 təsərrüfatın 550-nin qeydiyyata alınması ilə bağlı işlər davam edir. Yaxın zamanlarda onların aidiyyəti qurumlarla birlikdə kateqoriyasının dəyişdirilməsi və bu təsərrüfatların qanuni fəaliyyət göstərməsi təmin ediləcək. 

 

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib. 

 

Onun sözlərinə görə, uzun illər qeyri-qanuni fəaliyyət göstərən nohurçuluq təsərrüfatlarının inventarizasiyası, icazəsiz, xüsusən torpaq kateqoriyası uyğun olmayan ərazilərdə fəaliyyət göstərən, müəyyən özbaşınalıqlarla üzləşən təsərrüfatların qeydiyyata alınması üçün sənədlər hazırlanır. 

 

H.Əlizadə qeyd edib ki, bu, təsərrüfatda işləyən insanlar təminat alacaq, minlərlə insanın qanuni və uzunmüddətli işlə təmin olunması həyata keçiriləcək və bununla da qida təhlükəsizliyi məsələsi təmin olunacaq.

 

Nazirlik rəsmisi əlavə edib ki, bu gün Azərbaycanda evlərdə süfrələrdə, demək olar, balıq yoxdur: 

 

"Statistikaya baxsaq, Azərbaycanda insanların il ərzində balıq məhsullarından istifadə çəkisi  3-4 kq təşkil edir. Halbuki bu göstərici dünya ölkələrində 20 kq, Asiya ölkələrində isə 40 kq təşkil edir”.

Paylaş
Xəbər lentİ
Çox oxunanlar