Xərçəng diaqnozu qoyulan XALQ ARTİSTİ: Allaha acıq getməsin, artıq... - VİDEO

Oxunma sayı: 20
15 Oktyabr 2019, 00:00
Xərçəng diaqnozu qoyulan XALQ ARTİSTİ:     Allaha acıq getməsin, artıq... - VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Xalq artisti Zabit Nəbizadənin həyatı ilə bağlı hazırlanan süjet "Şou ATV"nin efirində təqdim edilib.

 

Azmedia.az Milli.Az-a istinadən xəbər verir ki, xanəndənin sağlamlığı ilə bağlı yaşadığı çətin günlərdən bəhs edən videoda Zabit Nəbizadənin həyatının bir çox məqamları öz əksini tapıb.

İllər öncə xalq artistinə həkimlərin səhvən onkoloji xəstə diaqnozu qoyduğu və sonradan bunun onurğa yırtığı olduğu üzə çıxıb. 6 ay yataq xəstəsi olan Zabit Nəbizadəyə xərçəng xəstəsi diaqnozu ilə şüalar verilib. Saçları tökülən xanəndə 4 ay boyunca iki dəfə əməliyyat edilir:

 

"Ölümdən qorxmurdum açığı. Artıq bezmişdim, Allaha acıq getməsin. Yaşamaqdanmı, inamsızlıqdanmı, bilmirəm, nədənsə bezmişdim. Dedim, bu əməliyyata getmirəm, nə olar olar. 2 ildən sonra üzə çıxdı ki, bel fəqərəmdə yırtıq (qrija) olub". 

 

Xalq artistinin başına gələnlərlə bağlı daha geniş məlumat videoda:

Paylaş
Xəbər lentİ
Çox oxunanlar