Gənc dul qadın müəmmalı şəraitdə 123 milyon dollar mirasa sahib olub

Oxunma sayı: 19
14 Oktyabr 2019, 22:55
Gənc dul qadın müəmmalı şəraitdə 123 milyon dollar mirasa sahib olub

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bu günlərdə macar ictimaiyyətini maraqlı mövzu narahat edir.

 

Azmedia.az AZƏRTAC-a istinadən bildirir ki, cari ilin yanvarında vəfat edən macarıstanlı mediamaqnat Andi Vayna özündən sonra böyük məbləğdə, 123 milyon dollar dəyərləndirilən varidat qoyub.


Ölməmişdən əvvəl o, özünün cavan dul arvadı Timea ilə bərk mübahisə edib, lakin boşanmanı sənədləşdirməyə macal tapmayıb. Andi Vayna vəsiyyətnamə ilə arvadına hətta bir sent belə saxlamayıb. Vəkillərin sərəncamında olan vəsiyyətnamənin surətində kimə nə qədər miras qalacağı aşkar görünür, sənəddə adıçəkilənlər arasında dul qadının adı göstərilmir.
Lakin vəsiyyətnamənin orijinalı müəmmalı şəkildə itib və tapılmayıb. Macarıstan qanunlarına görə, bütün varidat mərhumun məhz formal dul qadınına çatacaq.
 

Paylaş
Xəbər lentİ
Çox oxunanlar