Verilişdə saçı 30 sm kəsilən qız özündən getdi, hönkürdü - Xəbəri yox imiş... - VİDEO

Oxunma sayı: 316
16 Oktyabr 2019, 01:15
Verilişdə saçı 30 sm kəsilən qız özündən getdi, hönkürdü     - Xəbəri yox imiş... - VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Türkiyənin "Show TV" kanalında yayımlanan dəb verilişlərinin birində maraqlı anlar yaşanıb.

 

Azmedia.az Milli.Az-a istinadən xəbər verir ki, sözügedən kanalda yayımlanan "Kuaförüm Sensin" verilişində stilist iştirakçıya xəbərdarlıq etmədən onun saçlarını kəsib. Model İlaydanın bu barədə məlumatsızlığı maraqlı anların yaşanmasına səbəb olub.

 

Saçlarının 30 santimetr kəsildiyini öyrənən qız özündən gedib. Studiyadakılar onu güclə özünə gətiriblər.

 

Bilal Ağın adlı stilist öz hərəkətinə haqq qazandırmaq üçün bunun xərçəng xəstəliyindən əziyyət çəkən qadınlara dəstək məqsədi ilə etdiyini söyləyib.

 

Stilistin bu hərəkəti sosial şəbəkələrdə etiraz doğurub. Tamaşaçılar modelin haqlı olduğunu bildirərək, stilisti qınayıblar. 

 

Qeyd edək ki, adıçəkilən verilişin formatına görə stilistlər bir-biri ilə yarışaraq öz məharətlərini nümayiş etdirirlər.

Paylaş
Xəbər lentİ
Çox oxunanlar