DİQQƏT! Smartfonunuzun yaddaşını bu yolla boşalda bilərsiniz - FOTO

Oxunma sayı: 36
16 Oktyabr 2019, 21:59
DİQQƏT! Smartfonunuzun yaddaşını bu yolla boşalda bilərsiniz    - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

İstifadəçilər pis keyfiyyətli fotoşəkillərə görə smartfonun yaddaş tutumunun 20 faizini itirirlər. Qurğunun məhsuldarlığını belə şəkilləri silməklə artırmaq mümkündür.

 

Azmedia.az ICTnews-a istinadən xəbər verir ki, ekspertlər tərəfindən dünyanın 45 ölkəsində “Avast Cleanup” proqram təminatının 6 milyona yaxın istifadəçisinin anonim məlumatlarının təhlili aparılıb.

 

Məlumatlar 2018-ci ilin dekabrından 2019-cu ilin iyununadək olan dövr ərzində toplanılıb.

 

Tədqiqatçıların hesablamalarına görə, istifadəçilər qurğularda orta hesabla 952 fotoşəkil saxlayırlar. Bunun təxminən 22 faizi isə pis keyfiyyətə malikdir: bulanıq, qaranlıq və ya təkrarlanan təsvirlər. “WhatsApp”da təqribən 292 şəkil saxlanılır: ekran şəkillərinin orta sayı 86 təşkil edir. Belə fotoşəkillər mütəmadi silinsə, smartfonun yaddaş tutumunun təxminən 20 faizini boşaltmaq olar.

 

“Avast” şirkətinin Rusiya və MDB üzrə nümayəndəliyinin rəhbəri Aleksey Fyodorov bildirib ki, yaddaş tutumunun çatışmazlığı smartfonun işləmə keyfiyyətinə təsir göstərir.

 

“Lazımsız şəkilləri silmək vərdişi qurğunun yüksək iş qabiliyyətini qorumaq üçün ən sürətli, sadə və pulsuz üsuldur”, - o əlavə edib.

 

Tədqiqata görə, telefonlarda ən az fotoşəkili 18-24 yaşlı cavanlar, daha çoxunu (mindən çox) isə 25-44 yaşlı istifadəçilər saxlayır. Bundan başqa, qadın istifadəçilərin smartfonlarında ümumilikdə 1053, kişilərdəkində isə 851 fotoşəkil saxlanılır.

Fotoları təqdim edirik
Paylaş
Xəbər lentİ
Çox oxunanlar