Ölmüş övladını basdırarkən torpaqdan diri uşaq tapıblar – VİDEO

Oxunma sayı: 23
16 Oktyabr 2019, 23:44
Ölmüş övladını basdırarkən torpaqdan diri uşaq tapıblar     – VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Qızı müayinə edən həkim uşağın sağ qalmağını “möcüzə” adlandırıb.

 

Şimali Hindistanda kənd krematoriyasında möhürlənmiş gil qabda diri-diri torpağa basdırılmış üç günlük qız tapılıb.

 

Bizimyol.info xəbər verir ki,  “The Sun” verdiyi məlumata gorə, oğlan övladının doğulacağına ümid edən valideynlərin qız dünyaya gəldiyi üçün ondan bu yolla yaxa qurtarmağa çalışdıqları ehtimal olunur.

 

“Döyüşçü” adı verilən uşaq, qızı ölü doğulmuş olan başqa bir cüt üçün qəbir qazan işçilər tərəfindən aşkar edilib.

 

Qızı müayinə edən həkim uşağın sağ qalmağını “möcüzə” adlandırıb: “Vaxtından qabaq doğulan uşaqlara yaşamaq üçün daha az oksigen tələb olunur, o, həqiqətən döyüşçüdür”.

 

“Hazırda uşağın valideynlərini tapmağa çalışırıq və bunun onların özləri tərəfindən edildiyini düşünürük”, - polis rəisi Abhinandan Singh deyib.

 

Qeyd olunur ki, uşağı tapan cütlük qızı övladlığa götürməyi planlaşdırır.

Paylaş
Xəbər lentİ
Çox oxunanlar