Bakıda bu ərazidəki evlər plana düşdü - ÜNVANLAR

Oxunma sayı: 389
21 Oktyabr 2019, 10:44
Bakıda bu ərazidəki evlər plana düşdü     - ÜNVANLAR

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bakının Sabunçu rayonunda qəzalı vəziyyətdə olan 8 yaşayış binasında sakinlərin köçürülməsinə başlanılıb.
 

Azmedia.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
 

Məlumatda bildirilir ki, həmin binaların istismar müddəti başa çatıb və komissiya tərəfindən istifadəyə yararsız hesab edilib.
 

Buna görə də həmin binadakı ailələrin köçürülməsinə start verilib. Yaxın vaxtlarda köçürülmə prosesi başa çatacaq və həmin binalar söküləcək.
 

Məlumatda qeyd edilir ki, yaşayış binaları Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nərimanov küçəsi, ev 6, Sabunçu qəsəbəsində A.Əsədullayev küçəsi, 27, M.Rəsulzadə dalan 3, ev 2, B.Bünyatov küçəsi, 7A, 2 Aprel küçəsi, ev 8A, 2 Aprel küçəsi, ev 18, D.Pişəvari küçəsi, 13Q və D.Pişəvari küçəsi,15 ünvanındakı binalardır.

Paylaş
Xəbər lentİ
Çox oxunanlar