DİQQƏT! Bakı metrosunda hazırda sıxlıq yaşanır - Səbəb...

Oxunma sayı: 343
22 Oktyabr 2019, 11:43
DİQQƏT! Bakı metrosunda hazırda sıxlıq yaşanır     - Səbəb...

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Hazırda metroda sərnişin sıxılığı qeydə qalınır.

 

Azmedia.az Redaktor.az-a istinadən bildirir ki, sıxlıqla bağlı qatarların intervalında gecikmələr də müşahidə olunur.

 

Maraqlıdır, səbəb nədir?

 

"Bakı Metropoliteni" QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Redaktor.az-a açıqlamasında faktı təsdiqləyib.

 

Bildirib ki, bu gün metroda sıxlıq həddindən artıq çoxdur:

 

“Lakin bu sıxlıq intervala təsir etmir. Metropolitendə qatar bir stansiyanı tərk etməmiş başqa stansiyadan hərəkət edə bilməz. Çünki qatarı tuneldə saxlamaq istəmirik.

 

Bu gün texniki səbəbdən bir qatar depoya verilib. O qatarla bağlı böyük problem müşahidə olunmasa da, sərnişin təhlükəsizliyi ilə bağlı belə bir addım atılıb. Onun yerinə isə başqa bir qatar verilib.

 

Bu cür sıxlıq adətən böyük tədbir keçirilən zaman müşahidə olunur. Bu gün metroda yaşanan sıxlığın hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil”.

Paylaş
Çox oxunanlar