Apple şirkəti növbəti dəfə iPhone 11-in istehsalatını yüksəltdi

Oxunma sayı: 160
1 Noyabr 2019, 07:22
Apple şirkəti növbəti dəfə iPhone 11-in istehsalatını yüksəltdi

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Apple şirkəti növbəti dəfə yüksək tələbat səbəbilə iPhone 11 smartfon modeli üçün komponent istehsalı sifarişlərini yüksəldib. Bununla belə şirkət iPhone 11 Pro Max modelinin istehsalını azaldır.

 

Azmedia.Az technote.az-a istinadən bildirir ki, verilmiş məlumata əsasən Apple şirkəti iPhone 11 üçün olan komponent istehsalını 15% yüksəldib və iPhone 11 Pro Max modelinin istehsalını 5% endirib. Bu isə iPhone 11 smartfon modelinin alıcılar arasında yüksək məşhurluğu barəsində daha öncədən verilmiş hesabatları təsdiqləyir.

 

Bundan əlavə olaraq hələ bu ayın əvvəlində şirkət iPhone 11 və iPhone 11 Pro modellərinin istehsalatlarının 10% yüksəldilməsi üçün istehsalçılara müraciət etmişdi. Məlumatda qeyd edilib ki, iPhone 11 modelinə olan yüksək tələbat öz növbəsində şirkətin 2020-ci ildə təqdim olunacaq iPhone modelləri üzrə planlarına təsir göstərə bilər. Ola bilər ki, şirkət gələn ilki iPhone modellərindən birində OLED ekrana keçid əvəzinə maye kristallik ekran texnologiyasını saxlasın. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə məşhur analitik Ming-Chi Kuo qeyd etmişdi ki, gələn ilki bütün iPhone modelləri OLED ekranlar əldə edəcəklər.

Paylaş
Xəbər lentİ
Çox oxunanlar