Daha bir nazirlikdə yüksək - TƏYİNAT

Oxunma sayı: 150
1 Noyabr 2019, 11:20
Daha bir nazirlikdə yüksək     - TƏYİNAT

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni rəis təyin edilib.

 

Azmedia.az Report-a istinadən xəbər verir ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev əmr imzalayıb.

 

Əmrə əsasən, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsi Fuad Heydərova həvalə olunub.

 

F.Heydərov əvvəllər xidmət rəis müavini vəzifəsində işləyib. Bu ilin iyul ayından isə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edib.  

 

Qeyd edək ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin keçmiş rəisi Elman Cəfərov bu ilin iyul ayından vəzifəsindən azad edilib.

Paylaş
Xəbər lentİ
Çox oxunanlar