Yeni təyin edilən icra başçısı Qoca Səmədovun bu qərarını ləğv etdi

Oxunma sayı: 710
1 Noyabr 2019, 16:36
Yeni təyin edilən icra başçısı Qoca Səmədovun bu qərarını ləğv etdi

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Yevlax şəhərinə təyinat alan yeni icra başçısı Anar Tağıyev uzun illərdir ki, bağlı qalan avtomobil yolunu açıb.

 

Azmedia.az xəbər verir ki, oxu.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, ötən gün dövlət başçısının sərəncamına əsasən, Yevlax şəhərinə təyin edilən icra hakimiyyətinin başçısı Anar Tağıyev yeni işinə başlayıb. 

 

Yeni icra başçısının ilk tapşırığı şəhər İcra Hakimiyyəti binasının qarşısından keçən avtomobil yolunun açılması olub. Artıq yol açılaraq sakinlərin istifadəsinə verilib. Həmin yolda avtomobillərin hərəkəti bərpa edilib. 

 

Qeyd edək ki, Heydər Əliyev prospektindən keçən yol şəhərin köhnə rəhbər şəxsləri tərəfindən 15 ildən çoxdur ki, bağlıdır. Bu yolun bağlı olması şəhərdə maşınların hərəkətində də müəyyən çətinliklər yaradırdı.

 

Xatırladaq ki, Yevlaxın əvvəlki icra başçısı Qoca Səmədov olub. O, dünən Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.

Paylaş
Çox oxunanlar