Güclü külək yenə Bakıda ağacları aşırdı - Biri avtomobilin üzərinə düşdü

Oxunma sayı: 53
2 Noyabr 2019, 12:14
Güclü külək yenə Bakıda ağacları aşırdı     - Biri avtomobilin üzərinə düşdü

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Ötən gecə Bakıda müşahidə edilən qeyri-sabit hava şəraiti nəticəsində 3 ağac aşıb.


Azmedia.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Trend-ə bildirib ki, hadisə nəticəsində 1 avtomobilə ziyan dəyib:


"Hadisə Nərimanov və Nəsimi rayonları ərazisində baş verib. 2 ağac Nərimanov rayonunda, 1 ağac isə Nəsimi rayonu ərazisində aşıb. Ağaclardan biri fərdi avtomobilə ziyan vurub. Hazırda əməkdaşlarımız hadisə yerindədirlər".


O.Məmmədov bildirib ki, paytaxtda bir neçə gün davam edəcək qeyri-sabit hava şəraiti ilə əlaqədar vətəndaşlar diqqətli olmalı, ağaclara yaxın ərazidə avtomobil saxlamamalı, dayanmamalıdırlar:


"Çünki intensiv yağışlar nəticəsində torpaq qatı yumşalır və güclü külək ağacları asanlıqla aşıra bilir. Bu da sonda xoşagəlməz hadisələrlə nəticələnir".
 

Paylaş
Xəbər lentİ
Çox oxunanlar