Lənkəranda ağac aşaraq elektrik xətlərini sıradan çıxardı: 3 bina işıqsız qalıb

Oxunma sayı: 233
3 Noyabr 2019, 08:36
Lənkəranda ağac aşaraq elektrik xətlərini sıradan çıxardı:     3 bina işıqsız qalıb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Lənkəran şəhərində güclü külək səbəbindən binalardan 3-ü işıqsız qalıb.

 

Azmedia.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında Lənkəran şəhərində "1-ci mikrorayon" kimi tanınan ərazidə baş verib. Belə ki, Zərifə Əliyeva küçəsi 78/18 ünvanında yerləşən binanın qarşısındakı iri gövdəli çinar ağacı güclü külək səbəbindən aşıb. Oradan keçən 2 işıq dirəyinə ziyan dəyib və elektrik xətləri sıradan çıxıb. Nəticədə həmin küçədə yerləşən 18, 19 və 22 saylı binalar işıqsız qalıb.

 

Hazırda ərazidə fəsadın aradan qaldırılması üçün "Azərişıq" ASC-nin əməkdaşları tərəfindən müvafiq işlər görülür.

Paylaş
Xəbər lentİ
Çox oxunanlar