Ağdam sakini eşşək arabası ilə qonşusunun üstündən keçib öldürdü

Oxunma sayı: 230
4 Noyabr 2019, 11:09
Ağdam sakini eşşək arabası ilə qonşusunun üstündən keçib öldürdü

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Ağdam sakini eşşək arabası ilə qonşusunun üstündən keçib.

 

Azmedia.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Yüzbaşlı kəndində baş verib.

 

Kənd sakini, Hətəmov Əli Ələsgər oğlu evinə gedərkən küçədə qonşusu, eşşək arabası ilə hərəkətdə olan Nəsibov Ümid Qulu oğlu ilə mübahisə edib. Ə.Hətəmov U.Nəsibovun keçdiyi yolun ona məxsus olduğunu iddia edərək eşşək arabasına bağlanmış iribuynuzlu heyvanların həmin yoldan keçməsinə mane olub.

 

Ə.Hətəmov bu məqsədlə həmin yolda arabanın qarşısında yerə uzanarak eşşək arabasına bağlanan heyvanların yoldan keçməsinə icazə verməyib.

 

Ü.Nəsibov isə buna məhəl qoymayaraq eşşək arabasını və ona bağlanmış heyvanları qəsdən Ə.Hətəmovun üstünə sürərək onun üstündən keçib.

 

Ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən Ə.Hətəmov xəstəxanada ölüb.

 

Faktla bağlı Ağdam rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Hadisəni törətməkdə şübhəli bilinən Ü.Nəsibov saxlanılıb.

Paylaş
Xəbər lentİ
Çox oxunanlar