Messidən Ronalduya cavab: "Hər kəs hədəflərini özü müəyyənləşdirir"

Oxunma sayı: 176
7 Noyabr 2019, 11:43
Messidən Ronalduya cavab:     "Hər kəs hədəflərini özü müəyyənləşdirir"

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

"Barselona"nın ulduzu Lionel Messi "Yuventus"da çıxış edən həmkarı Kriştianu Ronaldunun açıqlamasına münasibət bildirib.

 

Azmedia.Az fanat.az-a istinadən xəbər verir ki, portuqaliyalı ulduz argentinalı həmkarı haqqında danışarkən "Komfort zonası"ndan çıxaraq yeni macəralara başlamalıdır" demişdi.

 

"World Soccer"ə danışan Messinin onun sözlərinə cavabı belə olub: "Hər kəs hədəflərini özü müəyyənləşdirir. "Barselona" dünyanın ən yaxşı klubudu və burdan ayrılmaq ehtiyacını hiss etmirəm".

 

32 yaşlı futbolçu bu mövsüm aldığı zədələrdən də danışıb: "Çətin durumdu. Özünüzü 25 yaşındakı kimi hiss edirsiz və eyni şnyləri etmək istəyirsiz. Amma bədənin öz qanunları var və bəzən bunları etməyinizə icazə vermir. Bu səbəbdən də daha təmkinli olmalısınız".

 

Messi onun üçün şəxsi mükafatların ikinci planda olduğunu bildirib: "Önəmli olan komanda üçün qazandıqlarımızdı. Hər zaman dediyim kimi, şəxsi uğurlar mənim üçün önəmli deyid. Onları qazanmaq təbii ki, gözəldi. Amma qazanmayanda da hər şey qaydasında olur. "Barselona" ilə kuboklar qazanmağa davam etmək istəyirəm. Yenidən Çempionlar Liqasının qalibi olmağı arzulayıram"

Paylaş
Xəbər lentİ
Çox oxunanlar