"Lexus"la Azərbaycana qanunsuz yolla mobil telefonlar keçirmək istədi

Oxunma sayı: 167
7 Noyabr 2019, 13:44
"Lexus"la Azərbaycana qanunsuz yolla mobil telefonlar keçirmək istədi

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Lexus RX 330" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

 

Dövlət Gömrük Komitəsindən Azmedia.Az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirib.

 

Yoxlama zamanı nəqliyyat vasitəsinin arxa oturacağın söykənəcək və yük hissəsində xüsusi hazırlanan gizli saxlanc yerində, ön şitində gömrük nəzarətindən gizlədilən 13 ədəd "Samsung A10S", 16 ədəd "Redmi Note 7", 3 ədəd "Redmi Note 8 Pro", şəxsi yoxlama zamanı isə vətəndaşın bel nahiyyəsindən 3 ədəd "Redmi Note 7" markalı mobil telefonlar, eləcə də mobil telefonlar üçün qutu və aksesuarlar aşkarlanıb.

 

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Xəbər lentİ
Çox oxunanlar