Həbibi Ronaldoya görə stadiona gəlməyinə peşiman etdilər

Oxunma sayı: 165
7 Noyabr 2019, 20:06
Həbibi Ronaldoya görə stadiona gəlməyinə peşiman etdilər

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Moskvada baş tutan “Lokomotiv” və “Yuventus” arasındakı matçı UFC çempionu Həbib Nurməhəmmədov da izləyib. Stadionun diktoru fəxri qonağı salamlasa da, “Lokomotiv” azarkeşləri bu salamlamanı fitlə cavablayıblar.

 

Buna səbəb isə Həbibin “Yuventus”un ulduz futbolçusu Kriştianu Ronaldunun dostu olması və stadionda ona azarkeşlik etməsi olub.

 

Oyundan sonra Nurməhəmmədov “Yuventus”un çətinliklə qələbə qazandığı matçla bağlı qısa şərh də edib:

 

“Oyun əla idi. Mənim xoşuma gəldi. Ronaldunun üç qol vəziyyəti oldu, amma vura bilmədi... Allaha şükür ki, vurmadı. “Lokomotiv” məndə xoş təəssürat yaratdı. Düzünü deyim ki, bilmirdim, onlar belə yaxşı oynayırlar”.

 

Qeyd edək ki, Kriştianu Ronaldu və Həbib Nurməhəmmədov bir neçə ildir dostluq edirlər. Həbib Madridə “Real”ın oyununu izləməyə gedib və portuqaliyalı ulduza papaq hədiyyə edib. Öz növbəsində futbolçu da Həbibə öz formasını və top bağışlayıb.(oxu.az)

Paylaş
Xəbər lentİ
Çox oxunanlar