Salahın faciə ilə başlayan kəşf edilmə hekayəsi - stadionda 72 azarkeşin ölümündən sonra...

Oxunma sayı: 96
8 Noyabr 2019, 11:00
Salahın faciə ilə başlayan kəşf edilmə hekayəsi     - stadionda 72 azarkeşin ölümündən sonra...

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

"Liverpul"un misirli ulduzu Məhəmməd Salahın kəşf edilmə hekayəsi 2012-ci ildə ölkəsində yaşanan "Port Said Stadium" faciəsinə dayanır.

 

Azmedia.az Offsideplus.az-a istinadən xəbər verir ki, Salah indi "Liverpul" forması ilə adından söz etdirsə də, misirli futbol ulduzunun hekayəsinin başlanğıcı stadionda yaşanan faciə ilə başlayıb.

Ən azı 72 nəfərin öldüyü, yüzlərlə insanın yaralandığı hadisələr sonrası Misir Liqasında fasilə yaranır. Digər futbolçular kimi Salah da karyerasında kiçik bir fürsəti belə şamla axtardığı vaxt İsveçrənin "Bazel" klubundan Misirin U-23 yığması ilə yoldaşlıq oyunu təklifi gəlir. Oyunun ikinci hissəsində meydana daxil olan və dubl edən Salah "Bazel"in prezidentinin və idman direktorunun diqqətini çəkir:

 

"Bazel"in prezidenti Hesler Salahın həmin gün çıxışını belə xatırlayır: "O gün meydanda gördüklərimi heç vaxt unutmayacağam. Elə təsirlənmişdik ki... Baxmayaraq ki, ikinci hissədə meydana daxil olmuşdu, ancaq həyatım boyu belə sürətə malik oyunçu görməmişdim".

 

Afrikalı Messinin Avropaya uzanan yolçuluğu bu oyundan sonra başlayır. 2014-cü ildə "Çelsi"nin diqqətini çəkən ulduz futbolçu "mavilər"in heyətində axtardığını tapa bilməsə də,  sıra ilə "Fiorentina" və "Roma", indi isə "Liverpul"da hekayəsini yazmağa davam edir.

Paylaş
Xəbər lentİ
Çox oxunanlar