Hacıqabulda minik maşınları toqquşdu, ər-arvad xəsarət aldı

Oxunma sayı: 181
8 Noyabr 2019, 12:48
Hacıqabulda minik maşınları toqquşdu, ər-arvad xəsarət aldı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Hacıqabulda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Azmedia.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsi ərazisində qeydə alınıb.

 

"Mercedes" markalı avtomobil başqa minik maşını ilə toqquşub. Qəza nəticəsində Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Əliyeva Fiqurə Xanəli qızı və onun həyat yoldaşı, 1961-ci il təvəllüdlü İbrahimov Sabiq İbrahim oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

 

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Xəbər lentİ
Çox oxunanlar