Mollanı axtaran sərxoş məscidə girdi, yanğın törətdi

Oxunma sayı: 307
9 Noyabr 2019, 16:01
Mollanı axtaran sərxoş məscidə girdi, yanğın törətdi

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı Ufada şəhər sakinlərindən biri kibrit yandıraraq mollanı axtardığı zaman təsadüf nəticəsində məscidi yandırıb.

 

Azmedia.az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı Başqırdıstan Daxili İşlər Nazirliyi yayıb. Yanğın noyabrın 3-də gecə saatlarında baş verib. Nazirlik yanğının baş verdiyi məscidin "Həmzə" olduğunu açıqlayıb.

 

İnsidenti törədən şəxsin 39 yaşının olduğu vurğulanıb. O, polisə verdiyi ifadə də sərxoş olduğunu və məscidin yanından keçərkən onun qapısının açıq qaldığını, mollanı axtarmaq üçün kibrit yandıraraq içəri girdiyini, amma heç kimi tapmadığı üçün kibriti ataraq məscidi tərk etdiyini və bundan sonra yanğının başladığını bildirib.

Paylaş
Xəbər lentİ
Çox oxunanlar