İŞİD bu hücuma görə məsuliyyəti öz üzərinə götürdü

Oxunma sayı: 228
9 Noyabr 2019, 21:13
İŞİD bu hücuma görə məsuliyyəti öz üzərinə götürdü

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

İŞİD terror təşkilatı Tacikistan-Özbəkistan sərhədindəki silahlı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

 

Azmedia.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Amerikanın SİTE Kəşfiyyat Qrupu məlumat verib.

 

Qeyd edək ki, noyabrın 6-da 20 silahlı şəxs Tacikistan - Özbəkistan sərhədində yerləşən Sultanabad sərhəd dəstəsinin "İşkobod" zastavasına hücum edib. 

 

Hücum zamanı 15 silahlı məhv edilib, 5 nəfər saxlanılıb. Bundan başqa, bir nəfər sərhədçi və bir nəfər polis əməkdaşı ölüb.

 

Tacikistan Milli Təhlükəsizlik Komitəsi sərhəd zastavasına hücum edən şəxslərin Əfqanıstandan gələn İŞİD döyüşçüləri olduğunu bildirib.

Paylaş
Xəbər lentİ
Çox oxunanlar