Tramp gülləkeçirməz şüşənin arxasından danışdı

Oxunma sayı: 184
12 Noyabr 2019, 13:58
Tramp gülləkeçirməz şüşənin arxasından danışdı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Nyu-York şəhərində Veteranlar Günü münasibətilə keçirilən mərasimdə iştirak edib.

 

Azmedia.Az oxu.az-a istinadən xəbər verir ki, diqqət çəkən məqam isə onun güllə keçirməyən şüşə arxasından çıxış etməsi olub.

 

"Square Park"da keçirilən mərasimə həyat yoldaşı Melaniya Trampla qatılan prezident veteranlara müraciət edərək "Bu şəhər sizin varlığınızla fəxr edir. Bu millət sonsuza qədər sizə borcludur" deyib və 1990-cı ildən bəri veteranlara yardım göstərdiyini əlavə edib.

 

Trampın bu zamana qədər Nyu-Yorkda Veteranlar Günü münasibətilə keçirilən tədbirlərə qatılan ilk prezident olduğu qeyd olunub.

Paylaş
Xəbər lentİ
Çox oxunanlar