İnam Kərimov daha iki direktoru işdən çıxardı

Oxunma sayı: 193
13 Noyabr 2019, 11:43
İnam Kərimov daha iki direktoru işdən çıxardı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Kənd Təsərrüfatı naziri İnam Kərimov daha iki Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktorunu vəzifəsindən azad edib.

 

Azmedia.az-ın Oxu.Az-a istinadən məlumatına görə, nazirin imzaladığı əmrə əsasən, Şəmkir və Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları vəzifələrindən azad olunublar.  

 

Şəmkir DAİM-in direktoru Kamil Yusibov və Tovuz DAİM-in direktoru Rəhman Qasımov nazirliyin fəaliyyət prinsiplərini kobudcasına pozduqlarına, fermerlərlə yaxınlıq, şəffaf və səmərəli idarəetmə prinsiplərinə əməl etmədiklərinə görə tutduqları vəzifədən uzaqlaşdırılıblar. Onların yerinə təyinat yoxdur.

 

Kənd Təsərrüfatı Nazirliyindən Oxu.Az-a faktı təsdiqləyiblər.  

 

Qeyd edək ki, bundan əvvəl Kürdəmir və İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları da işdən azad ediliblər. 

 

Ötən ay Elşən Cəbrayılov Kürdəmir DAİM-in, Rövşən Yəhyayev isə İsmayıllı DAİM-in direktoru vəzifələrinə təyinat alıb.

Paylaş
Çox oxunanlar