Müxalifət genişmiqyaslı mitinqlərin keçiriləcəyini bəyan etdi - Gürcüstanda

Oxunma sayı: 201
14 Noyabr 2019, 19:50
Müxalifət genişmiqyaslı mitinqlərin keçiriləcəyini bəyan etdi     - Gürcüstanda

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Gürcüstan parlamentində proporsional seçki sisteminə keçidlə bağlı konstitusiya düzəlişinin qəbul edilməməsi müxalifətin etirazına səbəb olub. 

 

Azmedia.Az APA-ya istinadən xəbər verir ki, iyunun 19-dan başlayan və bir aydan çox davam edən mitinqlərin təşkilatçısı olan "Utanc" hərəkatı insanları yenidən genişmiqyaslı mitinqlərə çağırıb.

 

"İndi tam səfərbərlik və davamlı mitinqləri elan edirik. 2020-ci il seçkiləri oğurlanır", - deyə hərəkatın liderlərindən olan Şota Diqmelaşvili bildirib.

 

Hərəkat saat 19:00-da parlament binası qarşısında genişmiqyaslı mitinq keçirəcəyini bəyan edib.

 

Gürcüstanın keçmiş prezidenti M.Saakaşvili də öz tərəfdarlarını səfərbər olmağa və dinc şəkildə etiraz etməyə çağırıb. 

 

Vətənpərvərlər Alyansının lideri İrma İnaşvili də tərəfdarlarını küçələrə çıxmağa çağırıb. 

 

"Bu gün parlamentdə çox utancverici bir hadisə baş verdi. Bu, inam böhranıdır və "Gürcü arzusu" partiyasından qaynaqlanır",- deyə İ. İnaşvili bildirib.

 

Qeyd edək ki, hazırda parlament binasının girişlərində piket keçirilir.

Paylaş
Xəbər lentİ
Çox oxunanlar