“Toya görə vergi ödəməli deyiləm” - Brilliant şikayətləndi

Oxunma sayı: 150
15 Noyabr 2019, 12:56
“Toya görə vergi ödəməli deyiləm”     - Brilliant şikayətləndi

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Xalq artisti Brilliant Dadaşova vergidən şikayətlənib.

 

Azmedia.Az qafqazinfo-ya istinadən xəbər verir ki, İTV-də yayımlanan "3 D" verlişinin qonağı olan ifaçı toylara görə müğənnilərdən tutulan vergidən gileylənib.

 

"Əlbəttə vergi ödəyirəm. Əslində, toya görə vergi ödəməli deyiləm. Bu, Türkiyədə əlavə iş adlanır. Yəni, toy olanda vergi ödəyirlər. Elə olur ki, 3 ay toya getmirəm. Amma biz toy olsa da, olmasa da vergi ödəyirik. Bir vaxt mənə dedilər ki, 22 min pul gətirməlisən. Bu, 2015-ci ildə olmuşdu. Dedilər ki, siz filan şadlıq sarayında 30 dəfə toyda olmusuz. Halbuki mən o restoranı heç tanımırdım Axırda audit danışıb məsələni həll etdi", - deyə Xalq artisti bildirib.

 

Dadaşova oğlunun işsizliyindən də söz açıb. O, övladını işlə təmin etmək üçün bir neçə yerə müraciət etdiyini desə də, cəhdlərinin uğursuz alındığını bildirib:

 

"Oğlumu oxutdurmaq üçün çox əziyyət çəkmişəm. Magistraturanı bitirəndən sonra onun üçün iş axtarmağa başladım. Bir neçə yerə müraciət etdim, heç yerə əlim çatmadı. Heç kim məni qəbul etmədi".

Paylaş
Xəbər lentİ
Çox oxunanlar
11 Декабрь
19:25