Sizin reklam yeriniz Ölçü: 679x60
(+994 50) 721 55 55
Bakının Xətai rayonu Neapol küçəsi, 29/42-da, mənzil 79-da mansardın yanması nəticəsində 11 nəfərin boğulma ehtimalı ilə xəstəxanaya gətirilib.
Azmedia.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hadisə barədə məlumat təcili yardıma saat 01:48-də daxil olub. Hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib.
Hadisə nəticəsində 5-i uşaq olmaqla, 11 nəfər tüstüdən boğulma ehtimalı ilə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə çatdırılıb. Xəstələrə lazımi tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıblar.