Hacı Nuranın anası haqda yazdığı bu sözlər hər kəsi kövrəltdi - FOTO

Oxunma sayı: 157
15 Noyabr 2019, 16:39
Hacı Nuranın anası haqda yazdığı bu sözlər hər kəsi kövrəltdi    - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Tanınmış teleaparıcı, xeyriyyəçi Hacı Nuran Hüseynov dünyasını dəyişən anasını yad edib.
 

Azmedia.az azxeber.com-a istinadən xəbər verir ki, teleaparıcının anası 8 il öncə bu gün dünyasını dəyişib.
 

O xatirələrini bölüşüb: 
 

15/11/2019 ... Çiynimdə əllərini hiss etdim: üstümü örtürdü. "Sən həmişə kürəyiaçıq yatırsan, ay oğul", deyərdi. Sonra da keçib pəncərəni örtdü. " Bu soyuq havada heç pəncərə açarlar?", dedi ... Gözlərimi ağır-ağır açdım ... Pəncərə də açıq idi, üstüm də ... Kürəyimdə qəribə bir istilik vardı amma ... ANAMIN əllərinin istisi qalmışdı orda ... Düz 8 ildir ki, noyabr ayının 15-də mən o hərarəti hiss edirəm ... İçim qan ağlayır, gözlərim kövrəkliyimi ələ verir, amma mən onu hələ də yanımda hiss edirəm - heç yerə getməmiş kimi, hər dəqiqə yanımdaymış kimi ... Onsuz həyat da mənasızdır ... Mən bu mənasızlığı işimlə doldururam, başımı qatmağa çalışıram ...
 

Amma özümlə tək qalanda anamla dərdləşirəm, sakitləşirəm ... Mən anasızlığı işimlə unuduram, təskinliyimi onda tapıram ... Bir də düşünürəm ki, bu fani dünyada heç kim daimi deyil ... Bir gün gələn, bir gün gedəcək ... Mən də anama doğru yol gedirəm ... Amma bu yolu alnıaçıq, mərd, xeyirxah əməllərlə tamamlamaq üçün əlimdən gələni edirəm ... Axı analar övladlarının xeyirxah əməlləri ilə cənnəti qazanırlar deyirlər ... Mən də istəyirəm ki, anam cənnəti qazansın ... Çünki o yalnız cənnətə layiq olan bir qadın, ana, alim, bir aləm idi ... Yerin behişt, ruhun şad olsun Mənim gözəl ANAM! ...
 
 

Fotoları təqdim edirik
Paylaş
Çox oxunanlar