Bələdiyyə seçkiləri ilə bağlı 22 529 namizəd qeydə alınıb

Oxunma sayı: 245
16 Noyabr 2019, 15:24
Bələdiyyə seçkiləri ilə bağlı 22 529 namizəd qeydə alınıb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Azərbaycanda bu il keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün bu günə qədər 41 841 nəfər müraciət edib.

 

Azmedia.Az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

 

M.Pənahov vurğulayıb ki, namizədlərdən 27 249-u fərdi, 14 564-i siyasi partiyalar tərəfindən irəli sürülüb. Onlardan 22 529 nəfəri qeydə alınıb.

 

MSK sədri bildirib ki, müraciət edənlərin 70 faizi kişilər, 30 faizi qadınlardır.

 

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək.

Paylaş
Xəbər lentİ
Çox oxunanlar
11 Декабрь
19:25