Mətanət Əliverdiyeva oğlundan danışdı: “İzdivacları alınmadı, üzük taxılmışdı” - FOTO

Oxunma sayı: 888
16 Noyabr 2019, 15:58
Mətanət Əliverdiyeva oğlundan danışdı:     “İzdivacları alınmadı, üzük taxılmışdı” - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Azmedia.az tanınmış teleaparıcı Mətanət Əliverdiyevanın müsahibəsini təqdim edir.

 

- Mətanət xanım, necəsiz?

- Sizcə necəyəm? İnsanın üz-gözü gülürsə demək ki, yaxşıyam. Həmişə insanlara bunu arzu edirəm. Gülün və pozitiv olun. Anam məni bu cür dünyaya gətirib. Pozitivlik insana gendən gəlir, amma insan özünü buna yükləməlidir. Hər birimizin bir dərdi olur, depressiyaya düşürük. Hər bir düşdüyümüz məqamdan çıxış yolunu özümüz tapmalıyıq. Ona görə deyirlər ki, Mətanət enerjili xanımdır.

 

- Depressiyaya düşmüsüz?

- Depressiyaya düşmürəm, sadəcə elə məqam alınır ki, istəyirəm ki, özümə qapanım. Amma buna da vaxtım olmur (gülür). Yaxşı ki, serial və veriliş çəkilişləri var. Evə gedəndə də övladlarımla vaxtımı keçirirəm.

 

- Sizi nə kövrəldə bilər?

- Hamı bilir ki, mən çox kövrək insanam. Pis bir xəbərdən sarsıla bilərəm. Birinə nəsə olanda o hadisə mənim həftələrlə yadımdan çıxmır, ürəyimdə qalır.

 

- Sevməyin sizin üçün fəsli varmı?

- Sevgini mən fəsillərə bölmürəm. Payızda sevsək bəs yayı-qışı neyləyək bəs? (gülür). Fəsil mənim üçün sadəcə havanın dəyişkənliyidir.

 

- Adətən şairlər payızı sevgi havası adlandırırlar...

- Onların havası hardan gəlir bilmirəm, amma mənim havam deyil (gülür).

 

- Efirdəki həyatınız hamıya aydındır. Bəs şəxsi həyatınızda nələr baş verir?

- İşdən çıxan kimi evə qaçıram. Balaca oğlum məktəbə gedir, onun hazırlığı ilə məşğul oluram. Sakitliyə qapılıram, dincəlirəm.

 

- Ailədən danışmışkən.. Böyük oğlunuzu evləndirmək istəyirdiniz. Hətta səhv etmirəmsə qız da axtarırdınız.

- Hə, əvvəl qızı tapdıq.. Daha doğrusu özü tapdı. Mən heç vaxt qarışmaram, ailə elə bir şeydir ki, insan özü seçməlidir. Nə bilim, alımadı izdivacları.. Bəzən fikirləşirlər ki, filankəsin nişanı qayıtdı, buna pis baxırlar. Bizdə heç nişan da deyildi. Həri üzüyü taxılmışdı. Allah onu da xoşbəxt etsin, bunu da. Deməli qismət deyilmiş.

 

- Həmkarlarınızdan fərqli olaraq hər zaman qapalı geyimlərə üstünlük verirsiz. Olmaya qınaqlardan qorxursuz?

- Xeyr, heç bir qınaqdan qorxmuram. Qapalı geyinmək mənim tərzimdir. Sevirəm bu tip geyimləri. Amma o demək deyil ki, açıq-saçıq geyimləri xoşlamıram. Mən dəblə ayaqlaşmıram.

 

Fotoları təqdim edirik
Paylaş
Xəbər lentİ
Çox oxunanlar
11 Декабрь
19:25