Kral arvadları və uşaqlarına 19 “Rolls-Royce” və 20 BMW aldı - Foto

Oxunma sayı: 347
17 Noyabr 2019, 19:19
Kral arvadları və uşaqlarına 19 “Rolls-Royce” və 20 BMW aldı     - Foto

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Afrikanın ən kasıb ölkəsi sayılan Esvatininin kralı III Msvati 19 ədəd “Rolls-Royce” və 20 ədəd BMW markalı avtomobil alıb.

Azmedia.az oxu.az-a istinadən xəbər verir ki, “Times Live” nəşrinin məlumatına görə, o, bu maşınları 15 arvadı, 23 uşağı və digər qohumlarına verib.

 

Avtomobilləri gizlin şəkildə gecə vaxtı ölkəyə gətirməyə çalışıblar, ancaq kral ailəsinin bu istəyi ürəyində qalıb.

 

Yerli müxalifət bu avtomobillərin alınması ilə bağlı məlumat paylaşaraq, insanları mitinqə çağırıblar. Müxalifət ölkədə orta aylıq gəlirin 128 dollar olmasına baxmayaraq, kralın 213 milyon dollar sərvətinin olmasına da etiraz edib.

III Msvati 1986-cı ildən bu ölkəni idarə edir. Onun avtomobil qarajında 20-dən çox “Mercedes-Maybach S600 Pullman” avtomobili, həmçinin BMW və “Rolls-Royce”un nadir modelləri var. 

Paylaş
Çox oxunanlar