Azərbaycanda ÜDM 65 milyard manatı ötüb

Oxunma sayı: 123
19 Noyabr 2019, 17:53
Azərbaycanda ÜDM 65 milyard manatı ötüb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 65 milyard 415,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

 

Azmedia.Az Trend-ə istinadən xəbər verir ki, iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,5 faiz, neft-qaz sektorunda isə 0,2 faiz artıb.

 

Bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilib. İnformasiya və rabitə sahələrində əlavə dəyər 16,1 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 7,3 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 5,5 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində 3,1 faiz, sənayedə 1,7 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 0,5 faiz, digər xidmət sahələrində 3,0 faiz artıb, tikintidə isə 6,2 faiz azalıb.

 

Əhalinin hər nəfərinə düşən ÜDM 6609,6 manata bərabər olub.

Paylaş
Xəbər lentİ
Çox oxunanlar