“Onu deputat görmədiyim üçün seçkiyə getmirdim”

Oxunma sayı: 304
21 Noyabr 2019, 10:22
“Onu deputat görmədiyim üçün seçkiyə getmirdim”

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Xalq artisti Faiq Ağayev İTV-də yayımlanan "3D" verlişinin qonağı olub.

 

Azmedia.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ifaçı verilişdə aparıcının 2020-ci ildə keçiriləcək parlament seçkilərində deputatlığa namizəd olub-olmayacağı ilə bağlı sualını da cavablandırıb.

 

Bundan başqa, Faiq Ağayev "Sizin ərazidə millət vəkili kimdir?" sualına maraqlı cavab verib: "Bir neçə il məlum bir fiqur oldu. Onu deputat görmədiyim üçün seçkiyə getmirdim. Mənə elə gəldi ki, şəxsi etirazımı belə həyata keçirsəm, daha doğru olar. Çünki namizədin kim olduğunu bilirdim".

 

Qeyd edək ki, Faiq Ağayevin yaşadığı ərazinin vaxtı ilə millət vəkili, 34 saylı Xətai II dairəsindən Milli Məclisə deputat seçilmiş Gülər Əhmədova olub.

Paylaş
Xəbər lentİ
Çox oxunanlar
11 Декабрь
19:25