Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib - FOTOLAR

Oxunma sayı: 636
21 Noyabr 2019, 15:56
Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib    - FOTOLAR

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 21-də Moskva şəhərindəki Aleksandr bağında naməlum əsgərin məzarını ziyarət edib.

 

Azmedia.Az AZƏRTAC-a istinadən bildirir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya paytaxtında Kremlin divarı yanındakı Aleksandr bağına gəldi.

 

Moskva şəhərinin hərbi komendantı Yevgeni Seleznyov Azərbaycanın Birinci vitse-prezidentinə raport verdi.

 

Birinci vitse-prezident Mehriban Əliyeva Naməlum Əsgərin məzarını ziyarət edərək əbədi məşəl önünə əklil qoydu.

 

Azərbaycanın dövlət himni səsləndirildi.

 

Sonra fəxri qarovul dəstəsinin keçidi oldu.

Fotoları təqdim edirik
Paylaş
Xəbər lentİ
Çox oxunanlar
11 Декабрь
19:25